19 dekabr saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq.


Milli qiymətləndirmənin IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkili nəzərdə tutulur. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımdır.
Qiymətləndirmə prosesində:

  • IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə);
  • VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat);
  • IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat).
    Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmələr təşkil olunur.
    Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək olan milli qiymətləndirmə sistemli araşdırmanın tələblərinə cavab verən tədqiqatdır. Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir.
     
    Mənbə:Təhsil Nazirliyi
    Müxbir:Ələkbərova Vəzifə

Həmçinin bax: https://tehsilim.org/virtual-tehsile-destek-movsuzunda-onlayn-tedbir-kecirilib/

Həmçinin bax: https://turaz.org/qarabagda-sulhmeramlilarin-sayi-artirila-biler-putin/

5 thoughts on “19 dekabr saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq.”

  1. Salam.Mən Nəzərli Vəsilə.Şagirdəm.Sabirabad rayonu Xəlfəli kəndində Teymur Nurullayev adına tam orta məktəbdə oxuyuram.6A sinfi.Mənə dedilər ki, 19 dekabr 2020-ci il saat 14:00-da imtahan keçiriləcək.Amma mən qeydiyyatdan keçməyi,imtahana daxil olmaq kimi bəzi şeyləri bilmirəm.Yəni imtahan barəsində çoxda məlumata sahib deyiləm. Bütün 6A sinfi narahatdır.İmtahan barəsində bəzi şeyləri bilmirik.Zəhmət olmasa bizə bilmədiyimiz məlumatları söyləyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir