850 icma əsaslı qrupda əyani tədris davam edir

2021-2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə təşkil olunub.

Tehsilim.org” təhsil portalı  edu.gov.az saytına istinadən xəbər verir ki, Ənənəvi olaraq, yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan əvvəl Bakıda keçirilən təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.

Qeyd edək ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi barədə ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: www.icmalayihesi.edu.az”

Mənbə: edu.gov.az
Müxbir:Arzu Əliyeva

Həmçinin bax: https://tehsilim.org/sabah-qruplari-layihesi-nobel-festivalinin-terefdasidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir