BDU məzunu MİQ imtahanlarında yüksək nəticə göstərib

Bakı Dövlət Universitetinin (BDU) məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında bu il də yüksək nəticə göstəriblər. BDU-nun Filologiya fakültəsinin məzunu Lalə Alıyeva Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 57 bal toplayaraq yüksək nəticə göstərib.
Xatırladaq ki, namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.
Yüksək nəticə göstərən bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq.

Mənbə : bdu.edu.az
Müxbir : Mehdiyeva Sara

Həmçinin bax : BDU-nun xarici universitetlərə qəbul olunan məzunları

Həmçinin bax : https://kafkazh.com/latin-amerikasi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir