“Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi

Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi davam edir.
Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsi davam edir.

Müsabiqə 3 yaş qrupunda (6-9, 10-13, 14-18) 2 mərhələ üzrə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

Müsabiqə aşağıdakı mərhələlərdən ibarətdir:

I mərhələ – 15.12.2021-ci il – 28.02.2022-ci il. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Azərbaycan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 37. Az 1123) poçtla və yaxud 2-ugim@mail.ru elektron ünvanına göndərilməlidir;

II mərhələ – 1-15 mart 2022-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdirilir.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

  • Rəsmlər A3 formatda işlənməlidir;
  • Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika , kollaj və s.);
  • Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
  • Müsabiqəyə təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;
  • Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;
  • Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

Qeyd edək ki, müsabiqənin məqsədi Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında qurulan əməkdaşlığı daha da möhkəmləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı məktəbliləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 372 72 63(+994) 55 994 57 86 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

Mənbə: Təhsil Nazirliyi

Həmçinin bax: “Üzümçülük və şərab ustası” ixtisası üzrə təcrübə

Həmçinin bax: https://kafkazh.com/kino-ve-edebiyyatin-bagliligi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir