“DİA hüquq təhsili ala biləcəyim ən yaxşı təhsil ocaqlarındandır.”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasında təhsil almış tələbəsindən akademiya, ixtisası, müəllimlər və dərslərin necə tədris edildiyi barədə yazdıqlarını sizə təqdim edirik:

DİA- da ixtisaslar iki fakültəyə bölünür: Siyasi idarəetmə və inzibati idarəetmə. Hüquqşünaslıq ixtisası Siyasi idarəetmə fakültəsinə aiddir. Mənim özümə görə hüquq təhsili ala biləcəyim ən yaxşı təhsil müəssisələrindən biridir. Müəllim kollektivindən həmişə razı olmuşam heç bir şikayətim olmayıb. Müəllim tələbə arasında demək olar ki, problem yaranmır, elə bir şey yoxdur. Əgər müəllim və tələbə arasında problem yaranıbsa, tələbə tərəfindən yaradılıb. Tələbəni çox düşünürlər məsələn, stipendiya məsələsində. Bal kəsmək ilə heç rastlaşmamışam təbii ki, bunu öz ixtisasıma aid edirəm digər ixtisasları bilmirəm. Heç vaxt bal kəsib tələbəni həvəsdən salmırlar. Şişirdilmiş bal da yazmırlar. Çalışırlar ki, tələbənin xeyrinə həll olsun hər şey. Tələbələrin çoxu da dərsə həvəslə yanaşırlar. Dərslərin keçirilməsi hamısı müəllimdən asılıdır. Müəllimlərimiz metodikasına görə bir-birindən fərqlənirlər. Məsələn, müəllimlərin bir qismi gəlib mühazirəni keçir sonra onu seminarda tələb edir, mühazirə və seminarı ayırmayaraq, tələbə ilə qarşılıqlı şəkildə dərsi təşkil edən müəllimlərimiz də var. Maliyyə hüququnu tədris edən müəllimimiz xaricdə təhsil almışdı və orada öyrəndiyi metodika ilə bizə də dərs keçirdi. Bu, bizim üçün daha da fərqli olmuşdu. O, çox yaxşı idi. Hər mühazirədə, seminarda qarşılıqlı şəkildə təşkil edirdi dərsləri. Cinayət hüququ fənnini tədris edən müəllimimiz mövzu ilə bağlı sənədli filmlər izlədirdi. Filmi izlədikdən sonra müzakirə edirdik. Dərslərimizdə Azərbaycan hüquq sistemi ilə digər ölkərin hüquq sistemini müqayisə edərək öyrənirdik. Təqdimat şəklində keçirdiyimiz dərslərimiz də olub. Kollokviumların keçirilməyi də müəllimdən asılıdır. Yazılı, şifahi, testlər şəklindən keçirilir. Xaricdə təhsil alıb gələn müəllimimiz özü suallar hazırlayırdı və onun əsasında qiymətləndirirdi. Bir daha deyim ki, onun metodikası olduqca fərqlənirdi. Sərbəst işləri də müxtəlif şəkildə təqdim edirdik, yazılı, slaydlar və s. şəklində qəbul edirlər. Bəzi müəllimlər həddindən artıq ciddiyyət göstərirdilər. Başqa qrup müəllimlər təkcə Azərbaycan hüquq ədəbiyyatı ilə kifayətlənmirdi. Xarici ədəbiyyatlara yönləndirirdi. Məsələn rus, türk, ingilis, alman hüquq ədəbiyyatlarından məlumatlar tapmağımızı tələb edirlər. Kitabxanamız isə balacadır. Akademiyanın özəlliklərindən biri də başqa müəllimləri tələbələrə dərs keçmək üçün dəvət etməsidir. Millət vəkilləri, köhnə prokurorlar və.b bizə dərs keçiblər.
İmtahanlara gəldikdə isə heç zaman tələbəyə problem yaradılmayıb. İmtahanlar yazılı şəkildə keçirilir. İmtahanda tək problemimiz sual sayının həddindən artıq çox olmasındadır. Fənn saatına görə ayrılmayan suallarla rastlaşırdıq.Digər universitetlərlə müqayisədə daha çətin idi. Bəzi hallarda biz müəllimlərdən xahiş edib suallarını sayını azaltmağını istəyirdik. Qalan hər şey isə normal olub. DİA-nın mənfi cəhəti olaraq isə sırf dövlət qulluğuna kadr hazırlamasını deyərəm. Bir də onu xüsusi olaraq qeyd edim ki, dövlət qulluqçuları ixtisas artırmaları üçün bizim akademiyaya təhsil almağa göndərilir və bu, respublikada yalnız akademiyamızda həyata keçirilir.

Hazırladı: Nigar Qayı

Həmçinin bax: Azərbaycan Turizm və Menecment Universiteti (ATMU)

Həmçinin bax: https://turaz.org/jurnalistika-ixtisasina-qebul-olmaq-isteyen-abituriyentlerin-nezerine/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir