DİM Cambridge Assessment English təşkilatının rəsmi test mərkəzi olaraq Azərbaycan Dillər Universiteti ilə birlikdə TKT imtahanına dair onlayn məlumat sessiyası təşkil edəcək


Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzi 27 avqust 2021-ci il tarixində saat 17:30-da Azərbaycan Dillər Universiteti ilə birgə TKT imtahanına dair məlumat sessiyası keçirəcək.

Qeyd edək ki, TKT İngilis dili müəllimləri üçün Cambridge Assessment English (CAE) qurumunun təklif etdiyi beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilərlər.

Tehsilim.org” xəbər verir ki, vebinarın spikerləri DİM-in nümayəndəsi Günay Hacılı və ADU-nun müəllimi, eləcə də “British Council”ın təlimçisi Zarema İbrahimovadır. Məlumat sessiyasının birinci hissəsində DİM-in nümayəndəsi Günay Hacılı TKT imtahanlarının üstünlükləri, imtahan formatı və modulları haqqında danışacaq, sessiyanın ikinci hissəsində isə təlimçi Zarema İbrahimova ADU-da təşkil edilən TKT imtahanlarına hazırlıq kursu, imtahana hazırlıq resursları barədə iştirakçıları məlumatlandıracaq.

Vebinar onlayn şəkildə – Zoom platforması üzərindən ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 27 avqust tarixinədək aktiv olacaq və qeydiyyatdan keçən şəxslərə Zoom linki 27 avqust tarixində, günün birinci yarısı göndəriləcəkdir.

Xatırladaq ki, DİM 2020-ci ilin iyul ayından etibarən ölkədə CAE-in rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib.

TKT imtahanı da daxil olmaqla DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.
Müxbir: Səlimə Abdurəhimova
Mənbə: dim.gov.az

Həmçinin bax: I və IV ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə

Həmçinin bax: https://kafkazh.com/van-qoq-sendromu/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir