Dövlət İmtahan Mərkəzində 16-17 oktyabr 2021-ci il tarixlərində onlayn formatda fənlər üzrə hazırlıq kursları keçiriləcək

Tehsilim.org” təhsil portalı dim.gov.az saytına istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzində 16-17 oktyabr 2021-ci il tarixlərində buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair kimya, fizika, biologiya, tarix, coğrafiya, ingilis dili və rus dili fənlərindən hazırlıq kurslarının birinci mərhələsi keçiriləcək.

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən onlayn aparılacaq.

Kurslarda Bakı, Gəncə, Bərdə, Göyçay, Xaçmaz və Lənkəran üzrə Dövlət İmtahan Mərkəzində elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.
Hazırlıq kurslarının ikinci mərhələsi ev tapşırıqlarının hazırlanması olacaq.

Müxbir: Səlimə Abdurəhimova
Mənbə:
dim.gov.az
Hemçinin bax: https://tehsilim.org/ismayilli-rayonuna-mediatur-kecirilir/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir