Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib

Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.
Qeyd edək ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq.
Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Mənbə : dim.gov.az
Müxbir: Mehdiyeva Sara

Həmçinin bax: İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (II və III qrup)

Həmçinin bax: https://kafkazh.com/rett-sindromu/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir