Dövlət İmtahan Mərkəzində Baş mühasib və Mühasib vəzifələri üzrə vakansiyalar elan edilib

Tehsilim.org” təhsil portalı dim.gov.az saytına istinadən xəbər verir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar

Vəzifənin adı: Baş mühasibAylıq vəzifə maaşı:  2500-3700 manat 
Vəzifə funksiyaları:
Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi;
Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi;
Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət;
Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi;
Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması;
Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;
Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi;
İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi;
Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması;
Vergi planlanması və optimizasiyası;
Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi.

Tələblər:
Ali təhsil;
Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;
MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və maliyyə hesabatlarını yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından hesabatları formalaşdırmaqla istifadə təcrübəsi;
Beynəlxalq standartlara görə maliyyə hesabatlarını yığmaq bacarığı və bu sahədə tanınan peşəkar sertifikasiya;
Vergi qanunvericiliyi biliyi və mənfəət vergisi bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
Xarici dil biliklərinə dair tələblər: İngilis, Rus.

İş şəraiti:
Tabeçiliyi – Maliyyə direktoruna
Full-time, yeni inzibati binada
3 ay sınaq müddətiƏmək haqqı, aylıq gross 2500-3700 (Xalis 2000-3000) manat aralığında
Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
Həyat yığım sığortasından istifadə imkanı
Vəzifənin adı: Mühasib
Aylıq vəzifə maaşı: 1500-2300 manat 

Vəzifə funksiyaları:
Təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən yazılışlarının aparılması;
Sahəsi üzrə əməliyyatların MMUS mühasibat hesablar planı üzrə sintetik uçotu;
Sahəsi üzrə əməliyyatların Müəssisənin gəlir və xərclər mərkəzləri strukturuna uyğun analitik uçotu;
Əməliyyatların yoxlanılaraq əməliyyat registrində uçota alınması (4 eyes principle);
Müvafiq sahə üzrə büdcə, gəlir və xərclər smetasının proqnozlarının hazırlanmasında iştirak edilməsi;
Sahəsi üzrə hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirilməsi;
İventarizasiyada iştirak;
Təqdim edilmiş xidmət və mallara görə Hesab-fakturaların və elektron qaimə fakturalarının hazırlanıb göndərilməsi;
Alınan mal və xidmətlərə dair Hesab-fakturaların və alt sənədlərinin yoxlanılması;
ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.

Tələblər:
Ali təhsil;
Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;
MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və hesabat yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından istifadə təcrübəsi;
Beynəlxalq standartlara görə peşəkar sertifikasiyalar;
Vergi qanunvericiliyi biliyi ƏDV bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
Xarici dil biliklərinə dair tələblər: İngilisİş şəraiti:

Tabeçiliyi – Baş mühasibə
Full-time, yeni inzibati binada
3 ay sınaq müddəti
Əmək haqqı, aylıq gross 1500-2300 (Xalis 1200-1900) manat aralığında
Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
Həyat yığım sığortasından istifadə imkanı

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2021-ci il noyabrın 10-dək muhasib@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 Mənbə:dim.gov.az
Müxbir:Arzu Əliyeva

Həmçinin bax: https://tehsilim.org/dovlet-qullugunda-seriste-modelinin-tesdiqlenmesi-uzre-pilot-layihenin-novbeti-onlayn-telimi-kecirilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir