Gənc müəllimlə müsahibə

Əvvəlcə “Tehsilim.org” ailəsi adından sizi salamlayırıq.

Öncə özünüzü təqdim etməyinizi, haqqınızda qısa məlumat verməyinizi istərdik.

Salam, mən Xamrad Abdullazadə. 2001 ci il 13 avqustda Astara rayonu Hamuşam kəndində anadan olmuşam. Hal-hazırda ADPU da təhsil alıram, şəxsi inkişafla məşğulam. Əlavə olaraq “Polad_Akademiyası”nın direktoru, dillər üzrə müəllim, biznesmen, bir çox layihələrin rəhbəri və sosial araşdırmaçı kimi fəaliyyət göstərirəm.

Həm tələbə olub, həm də müəllimlik etmək sizdə hansı çətinlikləri yaratdı?

Yalnız vaxt oğruluğu yaradır, bu da əladır. Çünki məşğul olduğum sahəsini sevirəm. Həm də ki, ADPU tələbəsi olmaq, elə müəllim olmaq deməkdir.

Bəzən tələbələr ixtisas seçimində yanlış qərar verə və özlərinə uyğun olmayan ixtisas seçə bilərlər. Beləliklə 4 illik tədris ixtisas baxımından faydasız ola bilər.
Buna görə də tələbələrə öz potensialların kəşf etmək üçün nəyi yaxud hansı təcrübə proqramını (könüllülük) məsləhət görə bilərsiniz?

Bu zaman tələbə öz potensialını təlimlərə getməklə, kurslara getməklə, çoxlu kitab oxumaqla kəşf edə bilər. Bunun üçün özünə əvvəlcə bir inkişaf xəritəsi yaradıb ona əməl etməlidir. Həmçinin bir çox təşkilatlara könüllü qəbul ola bilər.

Qazandığınız uğurları, olduğunuz bu yeri nəyə borclusunuz?

Sağlam düşüncəmə və şəxsi keyfiyyətlərimin üstün olmasına.

Biz bilirik ki,siz müəyyən bir kütlə içərsində tanınırsınız. Bir çox insan tərəfindən tanınmaq sizdə haha artıq məsuliyyət yaradırmı?

Yaradır, bu da daha məsuliyyətli olmaq üçün zəmin yaradır. Məsuliyyətli də ki, olsa daha çox uğur qazana bilərsən.

Sizin kursunuzu digər kurslardan fərqləndirən nələrdir?

İlk dəfə olaraq görüntüsüz, onlayn formada tədris edən kursdur və sistemi ilə tamamilə bütün kurslardan fərqlənir. Ən çox da tələbələrə xidmət göstərən kursdur.

Təhsildə etmək istədiyiniz yeniliklər varmı?

Bəli, ölkəmizdə təhsil tam şəkildə inkişaf etməyib. Məsələn, kənd yerlərində çox uşaq keyfiyyətli təhsildən uzaq qalır, bunun üçün də planlar hazırlayırıq.

Tələbələrə nəyi tövsiyə edərdiniz?

Pis vərdişlərdən uzaq durmağı, sağlamlığa ilk növbədə diqqət etməyi, məsuliyyətli olmağı, özlərinə şəxsi inkişaf xəritəsini qurmağı və ən vacibi sağlam düşüncəni formalaşdırmağı tövsiyə edirəm.

Müsahibə üçün təşəkkür edirik.

Müxbir: Ələkbərova Nuray

Həmçinin bax: İlin gənci və əlaçı tələbəsi ilə müsahibə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir