Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan və Şirvan sakinlərinin onlayn qəbulu keçiriləcək

Tehsilim.org” təhsil portalı edu.gov.az saytına istinadən xəbər verir ki, təhsil naziri Emin Əmrullayev 29 oktyabr saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.az; https://edu.gov.az/az/contact) ünvanlamaqla videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Mənbə:edu.gov.az
Müxbir:Arzu Əliyeva

Həmçinin bax:https://tehsilim.org/macaristanin-ali-tehsil-muessiselerinin-numayendeleri-azərbaycana-gelib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir