“Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı keçiriləcək

29 oktyabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı (online/ofline) keçiriləcək.
Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 20 oktyabr 2020-ci il tarixinədək məruzələrinin tam mətnlərini h.cavid.konfrans@gmail.com elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:

  • Kağızın formatı A4, Word redaktorunda;
  • Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd şriftlə, ortada olmalıdır;
  • Müəllifin adı, soyadı, elmi dərəcəsi və elmi adı (əgər varsa), işlədiyi (oxuduğu) müəssisənin adı (açıq şəkildə), elektron ünvanı, Times New Roman, 12 Pt, adi şriftlə, sağ kənardan yazılmalıdır;
  • Məruzənin mətni Times New Roman 12 Pt ilə yığılmalıdır;
  • Sətirlərarası interval 1,5;
  • İstinadlar avtomatik (1, s. 15) göstərilməli, ədəbiyyat siyahısı səhifənin sonunda (şrift – Times New Roman 12) verilməlidir;
  • Məruzənin sonunda 2-4 cümlə ingilis dilində xülasə verilir. Xülasədən öncə ingiliscə sağ küncdən müəllifin adı və soyadı, mərkəzdən məruzənin başlığı tünd şriftlə göstərilməlidir;
  • Məruzənin ümumi həcmi 5 səhifədən çox olmamalıdır.
    Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.
    Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.
    Telefon: (+994 12) 492 06 57
    Qeyd: Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Həmçinin bax: Hüseyn Cavidin Ev Muzeyində növbəti çəkiliş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir