II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

Tehsilim.org” təhsil portalı dim.gov.az saytına istinadən xəbər verir ki, bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri M.Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq

Hörmətli abituriyentlər! 
Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək internet vasitəsilə aparılır.
Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.
İxtisas seçimi ilə əlaqədar olan suallarınızı canlı yayım zamanı müvafiq postun altına yaza bilərsiniz.


Müxbir : Mehdiyeva Sara
Mənbə :
dim.gov.az

Həmçinin bax:https://tehsilim.org/magistratura-uzre-ii-turda-ugur-qazananlarin-qeydiyyati-davam-edir/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir