İmişli rayonunda məktəb açılışı

Sentyabrın 10-da İmişli rayonu Muradxanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 
Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev iştirak edib.


Bildirilib ki, iki mərtəbədən ibarət təhsil müəssisəsi 264 şagird üçün nəzərdə tutulub. 11 sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, 3 laboratoriya, akt və idman zalları fəaliyyət göstərir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub. 
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Mənbə:Azərbaycan Respublikası Təhsil Nazirliyi

Müxbir:Ələkbərova Nuray

Həmçinin bax: Yeni tədris ilində 1574206 şagirdin təhsil alacağı gözlənilir

Həmçinin bax: https://turaz.org/usaq-gencler-idman-mekteblerinin-esasnamesinin-yeniden-islenilmesi-nezerde-tutulub/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir