Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Oktyabrın 15-də Lütfi Zadə adına məntiq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. Tədbirdə Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri iştirak ediblər.
http://Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, tədbirə bilik yarışında qalib elan edilən 60 şagird dəvət olunub.
Xatırladaq ki, olimpiada Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin onların məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Mənbə: AZƏRTAC
Həmçinin bax: https://tehsilim.org/amea-nin-humanitar-ve-ictimai-elmler-bolmesinin-umumi-yigincaginda-bir-sira-meseleler-muzakire-edilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir