Magistratura üzrə II turda uğur qazananların qeydiyyatı davam edir

Ali təhsilin magistratura səviyyəsi üzrə II turda uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatı davam edir. Qeydiyyat prosesi 24 avqust saat 23:59-da yekunlaşacaq.  
 
Tehsilim.org” təhsil portalı “edu.gov.az” saytına istinadən xəbər verir ki, Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur. 


Müxbir : Mehdiyeva Sara
Mənbə :
edu.gov.az

Həmçinin bax: https://tehsilim.org/muddetli-muqavile-ile-ise-qebul-ucun-vakansiya-secimine-baslanilir/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir