“Məktəb inspektoru” vakansiyası üzrə namizədlər seçilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “Məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.
 
Namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə 3 mart tarixində keçirilmiş imtahanda ümumilikdə 72  namizəd iştirak edib. Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub.
 
Bir saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.
 
 İmtahandan uğurla keçən namizədlər 3 aprel tarixinədək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.

Müxbir: Ələkbərova Günayə
Mənbə: Təhsil nazirliyi

Həmçinin bax: Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib

Həmçinin bax: turaz.org/kamala-harris-dini-liderler-ile-peyvend-ve-irqcilik-movzusunda-muzakire-aparib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir