“Ofisiant” ixtisası üzrə qısamüddətli təlimə qəbul

Tehsilim.org” Tehsil Portalı xəbər verir ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ofisiant” ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edir.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ofisiant” ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edir. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 10 yanvar, 2022-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaq.

1 ay yarım müddətdə davam edəcək təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilir. Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və tərəfdaş müəssisələrin nəzdində təşkil ediləcək.

Təlimlərə ofisiant ixtisası üzrə işləmək istəyən şəxslər müraciət edə bilərlər. Seçim zamanı təlimdə iştirak etmək motivasiyası nəzərə alınacaq, həmçinin qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Təlim zamanı iştirakçılar restoranların tarixi, mədəniyyəti, inkişaf prosesi, mükəmməl qida və içki xidmətinin əsasları, etiket qaydaları, beynəlxalq standartlar, restoran biznesində istifadə edilən əsas terminlər, qüsursuz qonaq xidməti, ünsiyyət, özünü və məhsulu güvənli təqdim etmək kimi istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnəcəklər.

Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.

Mənbə: vet.edu.gov.az

Həmçinin bax: “Barista” ixtisası üzrə qısamüddətli təlimə qəbul

Hmçinin bax: https://kafkazh.com/biheviorizm-ve-irade-azadligi-meselesi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir