Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi davam edir

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.

Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət edənlərin sayı 600 nəfəri ötüb. Müraciət edənlər arasında ümumtəhsil fənn müəllimi vakansiyalarına daha çox maraq müşahidə olunur.

Qeyd edək ki, sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Proses 1 oktyabr tarixinədək davam edəcək.

Mənbə: Təhsil Nazirliyi

Həmçinin bax: Vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılır

Həmçinin bax: https://turaz.org/tehsil-haqqi-ile-bagli-elektron-muracietlerin-qebuluna-baslanilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir