SABAH qruplarına müəllim seçimi davam edir

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir.

“Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, namizədlər 16 yanvar saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər bir namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/3eQP2cW daxil olaraq əldə edə bilərsiniz.

Mənbə: Təhsil Nazirliyi

Həmçinin bax: “SABAH qrupları” layihəsi Nobel festivalının tərəfdaşıdır

Həmçinin bax: https://kafkazh.com/pedoqoji-unsiyyet-ve-muellime-verilen-telebler/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir