SABAH qruplarına professor-müəllim heyətinin seçimi yekunlaşıb

Tehsilim.org” təhsil portalı  edu.gov.az saytına istinadən xəbər verir ki, 11 ali təhsil müəssisəsini əhatə edən SABAH qruplarına, eləcə də SABAH qrupları layihəsi modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) xüsusi pilot qrupuna 2021-2022-ci tədris ili üçün professor-müəllim heyətinin seçimi başa çatıb. Müəllim seçimi mərkəzləşdirilmiş qaydada iki mərhələdən (təqdim olunmuş sənədlər əsasında ilkin qiymətləndirmə və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilib.

Müsabiqədə iştirak üçün 117 vakant fənn üzrə 899 müraciət daxil olub. Müraciət edənlərdən 380 nəfəri müsahibə mərhələsinə keçib.

13 və 15 iyul tarixlərində keçirilən müsahibə zamanı 6 ixtisas istiqaməti (humanitar-sosial, təhsil və dil, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, idman) üzrə komissiyalar təşkil olunub. SABAH qruplarına yeni tədris ili üçün müəllim seçimi müsabiqəsindən 108 yeni müəllim seçilib və müvafiq ali təhsil müəssisələrində tədrisə başlayıb.

Müxbir: Arzu Əliyeva
Mənbə:
edu.gov.az
Həmçinin bax: https://tehsilim.org/bdu-da-mir-hemze-seyid-nigari-qarabagi-beynelxalq-simpoziumu-kecirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir