Şərq Tərəfdaşlığı Dövlət İdarəçilik Akademiyası Proqramı çərçivəsində insan resurslarının idarə edilməsi üzrə onlayn təlim keçirilib.

Təlimdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistandan olan nümayəndələr iştirak ediblər.

Tehsilim.org” təhsil portalı xəbər verir ki, Şərq Tərəfdaşlığı Dövlət İdarəçilik Akademiyası Proqramı çərçivəsində 15-19 noyabr 2021-ci il tarixlərində “Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qulluğu sistemində insan resurslarının idarə edilməsinin gücləndirilməsi” adlı onlayn təlim həyata keçirilib.

Təlimdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistandan olan nümayəndələr iştirak ediblər.

Tədbirdə ölkəmizi Dövlət İmtahan Mərkəzi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan əməkdaşlar təmsil ediblər.

Təlimin əsas məqsədi dövlət qulluğunda insan resursları siyasəti üzrə Polşanın təcrübəsini paylaşmaq və iştirakçıları COVID-19 pandemiyası dövründə dövlət qulluğuna aid tapşırıqların icra üsulları ilə tanış etmək olub.

DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn təlimdə “Dövlət qulluğunda tətbiq olunan islahatlar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat Azərbaycanda dövlət qulluğu strategiyası, dövlət qulluğuna qəbul – onlayn müsahibələr, “Dövlət Qulluğunda Səriştə Modelinin Tətbiqi” layihəsi, gələcək prioritet və planlar mövzularını əhatə edib.

Müxbir: Səlimə Abdurəhimova
Mənbə: dim.gov.az
Həmçinin bax: https://tehsilim.org/belcikada-magistratura-tehsili-imkanini-qacirmayin/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir