Sumqayıt Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin görkəmli şəxsiyyətləri

Mən Paşazadə Zinyət Sumqayıt Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Tarix Müəllimliyi ixtisasında təhsil alıram. Mən sizlərə Tarix-Coğrafiya fakültəsinin görkəmli şəxsiyyətləri haqqında məlumat vermək istiyirəm.Tarix – Coğrafiya fakültəsi 2000-ci ildə Tarix-filologiya şöbəsi kimi fəaliyyətə başlamışdır. 2003-2014-cü ildən isə Müstəqil Tarix fakültəsi kimi fəaliyyət göstərmişdir. Fakültəyə yarandığı gündən t.e.d. prof.A.B.Baxşəliyev rəhbərlik edir.Hörmətli Dekanımız Adil Baxşəliyev – tələbələrini daim sevir və diqqət mərkəzində saxlayır. P.S Fakültənin bütün tələbələri həmişə Adil müəllimin yaddaşında qalır.Osman Hacıyev – fakültəmizin ən dəyərli müəllimlərindən biridir. P.S Ciddi müəllimdir. Lakin insan tanıdıqca onu sevməyə başlayır.Sona Məhərrəmova – Tarix və onun tədrisi metodikası kafedrasına rəhbərlik edir. Qayğıkeş və xeyirxah müəllimədir.Əhmədov Rüstəm – fakültəmizdə Türk Xalqları Tarixini tədris edir. P.S Hirsli görünsə də kövrək və səmimi qəlbli müəllimdir.Bənövşə Cəlalzadə – fakültəmizdə Türk Xalqları Tarixi və Qədim Dünya Tarixini tədris edir. Çox mehriban və gülərüz müəllimədir. P.S Tələbələrin sevimli müəllimidir.Samir Kərimli – fakültəmizdə Qədim Dünya və Orta əsrlər tarixini tədris edir. Bizim kurorturdur.Gülnar Rzayeva – fakültəmizdə Orta əsrlər tarixini tədris edir. Çox xeyirxah müəllimdir, bütün tələbələrə köməklik edir.Aytən Əsədova – fakültəmizdə Arxeologiya fənnini tədris edir. Çox gözəl və istedadlı müəllimədir.Bəhram Məmmədli – fakültəmizdə Azərbaycan Tarixini tədris etmişdir. P.S.çox yaxşı və xeyirxah müəllim idi..2019-cu il dekabrın 2-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Bəhram Məmmədli vəfat etdi. Bu fakültəmizin tələbələrinə çox ağır təsir etdi. Biz onu 1 smestr tanımışdıq.. Buna baxmayaraq o özünü bütün tələbələrə sevdirmişdi. Azərbaycan tarixini Vətən tarixi adlandırırdı. Tələbələrini “sevimli, gözəl tələbələrim” deyə çağırardı. Qeyd edim ki, Bəhram İdris oğlu Məmmədli 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Daim vətənpərvər müəllim idi. O öz ata-baba yurdu olan Fizuli torpağının azad olmasını arzulayırdı. Mən inanıram ki, Bəhram müəllimin ruhu indi azad Füzuli ilə baş-başadır. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun.Pərviz Cəfərov- fakültəmizdə Azərbaycan Tarixini Tədris edir. Sevilən müəllimlərdən biridir.Məhbubə Hacıyeva – fakültəmizdə Azərbaycan Tarixini tədris edir. P.S Çox mehriban qayğıkeş müəllimədir. Bütün tələbələr onu sevir. Son olaraq qeyd etmək istiyirəm ki, mənə Tarix fənnini sevdirən və bu fənni öyrənməkdə daima dəstək verən həmişə yanımda olan sevimli müəlliməm Sumqayıt şəhər Cəlil Səfərov adına 10 saylı tam orta məktəbin tarix müəlliməsi Abdullayeva Rəna müəlliməyə dərin təşəkkürümü bildirərəm.

Yazar: SDU tələbəsi Paşazadə Zinyət

Həmçinin bax: https://tehsilim.org/sumqayit-dovlet-universiteti-doktoranturaya-qebul-haqqinda-melumat/

Həmçinin bax: https://turaz.org/sulhmeramlilar-erazini-minalardan-temizleyirler/

20 thoughts on “Sumqayıt Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin görkəmli şəxsiyyətləri”

  1. Məktəbimizin əlaçı və istedadlı şagirdlərindən biri Zinyət olmuşdur.Öz istedadı ılə digər şagirdlərdən fərqlənirdi Hazırlsdığı dərslər çox maraqlı olurdu
    Mən fəxr edirəm səninlə Zinyət! Sən həmdə mənim davsmçımsan.Uğurlar srzulayıram!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir