SABAH qruplarına müəllim seçimi davam edir

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir. “Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, namizədlər 16 yanvar saat 00:00-dək müraciət edə bilərlər. Read More …

Müəllimlərin əməkhaqqı artırıldı

Ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqı artırıldı. Ölkə Prezidenti cənab İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin Read More …

“Qazi müəllimlər” kitabının təqdimat mərasimi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Read More …

DİM informatika fənni üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir

Dövlət İmtahan Mərkəzi informatika fənni üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.Əməkdaşlıq çərçivəsində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərdən aşağıdakı funksiyaları yerinə yetirmək tələb olunur: İnformatika fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspetizası üzrə tələb olunan işləri həyata keçirmək; İxtisas tələbləri və digər Read More …

5 oktyabr — Müəllimlər Günü

Sevginizlə qəlbimizdə əkdiyiniz gül heç bir zaman solmayacaq… Müəllimlik insanlıq tarixinin ən mənalı və ən müqəddəs peşəsidir. Mövzusu insan olan və bizləri yüksəklərə qaldıraraq zirvələri fəth etməyimizə vəsilə olan bir peşədir müəllimlik. “Bir insanı pisliklərdən uzaqlaşdırıb yaxşılıqlara təşviq edə bilmək Read More …

Peşə üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu davam edir

2021-2022-ci il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesinin qeydiyyat mərhələsi davam edir. Son müraciət tarixi 21 sentyabr 23:59-dur. Namizədlər https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  qeydiyyatdan keçməlidirlər.Müsabiqə Read More …

Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apellyasiya mərhələsi başlayır

Peşə təhsil müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya apellyasiya müraciətlərinə baxılması üçün 15-17 sentyabr tarixlərində fəaliyyət göstərəcək. 15 sentyabrdan etibarən müraciətçilər həm elektron qaydada portal.edu.az saytına Read More …

Müddətli müqavilə ilə növbəti vakansiya seçimi başlayır

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə 15 sentyabr saat 11:00-da start verilib. 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək. Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində Read More …

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib. Xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində nazirliyin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. Müraciət edən namizədlər arasından yaşayış Read More …

Müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanılır. Apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat 30 avqust saat 11:00-da başa çatacaq. Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi Read More …