“Turizm Sahəsində Dual Təhsil Proqramı” çərçivəsində praktiki məşğələlər

“Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, Bakıda fəaliyyət göstərən hotellərlə birgə tətbiq edilən “Turizm Sahəsində Dual Təhsil Proqramı” çərçivəsində praktiki məşğələlər davam edir.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələri üçün ölkənin qabaqcıl hotellərində turizm sahəsində dual təhsil proqramı çərçivəsində praktiki məşğələlər davam edir. Belə ki, noyabr ayının əvvəlindən etibarən tələbələr Fairmont Baku Hotel, JW Marriott Absheron Baku, Baku Marriott Hotel Boulevard, Hilton Hotel, Courtyard by Mariott Baku və The Merchant Baku hotellərində həftədə iki dəfə olmaqla təcrübə keçirlər.

Dual təhsil proqramına uyğun olaraq tələbələr tədris ilinin başlanğıcında 5 həftə ərzində təhsil mərkəzində ilkin baza biliklərinə sahibləniblər. “Aşpaz” ixtisası üzrə seçilmiş 19 tələbə peşə təhsil mərkəzində nəzəri biliklərlə yanaşı, sözügedən hotellərdə praktiki bacarıqlara yiyələnməkdədirlər.

Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də qabaqcıl hotellərdə təcrübə qazanacaqlar.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Mənbə: vet.edu.gov.az

Həmçinin bax: “Ofisiant” ixtisası üzrə qısamüddətli təlimə qəbul

Həmçinin bax: https://kafkazh.com/azerbaycan-iqtisadiyyatinda-turizm/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir