UNEC-in gənc əməkdaşı İsveçrə universitetində tədqiqat aparacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin işçisi, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva bir il müddətində İsveçrənin Saint-Qallen Universitetində “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzrə tədqiqat aparacaq.
Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, N.Hacıyeva və onun elmi rəhbəri professor Dirk Lehmkuhl Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərovla görüşüb.
Görüşdə müvafiq elmi-tədqiqat işi barədə fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xatırladaq ki, Nərgiz Hacıyeva 2021/2022-ci tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub.

Mənbə: AZƏRTAC
Həmçinin bax:https://tehsilim.org/biofizika-institutunda-doktorantura-ve-dissertanturaya-qebul-plani-muzakire-olunub/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir