Vakansiya seçimi davam edir

Tehsilim.org” təhsil portalı xəbər verir ki, azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir. Qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək. 

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Müxbir: Nərmin Qurbanova
Mənbə: edu.gov.az

Həmçinin bax: BDU-nun dosenti “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüş” adlı ekoloji tədbirdə iştirak edib.

Həmçinin bax: https://kafkazh.com/temucinin-kerait-xani-togrulla-ittifaq-qurmasi-ve-ilk-herbi-fealiyyetleri/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir