X sinfə qəbul prosesi bu tarixdə yekunlaşacaq

Tehsilim.org” təhsil portalı xəbər verir ki, peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq.

Məlumat üçün bildiririk ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Müxbir: Səlimə Abdurəhimova
Mənbə:
edu.gov.az
Həmçinin bax: https://tehsilim.org/serq-terefdasligi-dovlet-idarecilik-akademiyasi-proqrami-cercivesinde-insan-resurslarinin-idare-edilmesi-uzre-onlayn-telim-kecirilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir