X sinfə qəbul prosesi davam edir

Tehsilim.org” təhsil portalı xəbər verir ki, peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi 30 noyabr saat 18:00-da yekunlaşacaq.

Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilir.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Müxbir: Səlimə Abdurəhimova
Mənbə:
edu.gov.az
Həmçinin bax: https://tehsilim.org/azerbaycan-respublikasinin-dovlet-imtahan-merkezi-və-ozbekistan-respublikasi-nazirler-kabineti-yaninda-dovlet-test-merkezi-arasinda-anlasma-memorandumu-imzalanib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir