Xəzər Universitetinin beynəlxalq əlaqələri

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Xəzər Universitetində olub.
Tehsilim.org” Təhsil Portalı xəbər verir ki, görüşdə Xəzər Universiteti və Meksika səfirliyi arasında əməkdaşlıq, perspektiv layihələr, seminarların təşkili məsələləri müzakirə olunub.
Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Verniqora, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı dosent Səidə Şərifova, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Fərid Quliyev iştirak ediblər.

Mənbə: AZƏRTAC
Həmçinin bax: https://tehsilim.org/amea-nin-humanitar-ve-ictimai-elmler-bolmesinin-umumi-yigincaginda-bir-sira-meseleler-muzakire-edilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir