Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə növbəti vakansiya seçimi

Tehsilim.org” təhsil portalı edu.gov.az saytına istinadən xəbər verir ki, oktyabrın 12-dən xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə start verilir. Vakansiya seçimində iştirak etmək istəyən namizədlər aşağıdakı cədvəldə təqdim olunan vakansiyalar üzrə müraciət edə bilərlər.

Vakansiya seçimi 13 oktyabr saat 18:00-dək davam edəcək.

Mövcud vakansiyalarla bağlı müraciət etmək üçün namizədlərdən aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq xahiş olunur. 
https://forms.gle/LQchga5n8TXtx5qV7

Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək.

Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.”

Mənbə: edu.gov.az
Müxbir:Arzu Əliyeva

Hemçinin bax: https://tehsilim.org/dovlet-qullugunda-gender-beraberliyi-movcud-veziyyet-ve-cagirislar-movzusunda-telim-kecirilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir