Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib. Xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində nazirliyin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilərək müsahibəyə dəvət edilib.

Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidən hazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki “Təhsil haqqında məlumatlar” bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.
Bütün iştirakçılara uğurlar arzulayırıq!
Müxbir: Səlimə Abdurəhimova
Mənbə: edu.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir