Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılıb

Tehsilim.org” təhsil portalı xəbər verir ki, müsahibələr DİM-in inzibati binasında və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibə zamanı namizədin psixoloji hazırlığı, ümumi dünyagörüşü, nitqi, və s. zəruri keyfiyyətləri yoxlanılır.

Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər.

Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcəklər.

Qeyd edək ki, hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 1078 namizəd qeydiyyatdan keçib və müsahibələr davam edir.

Namizədlər müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim edirlər:

Namizədin elektron anketi;
Şəxsiyyət vəsiqəsi;
Ali təhsil haqqında sənəd (diplom);
İş yeri haqqında arayış (olduğu təqdirdə);
Məhkumluq barədə arayış.

Müxbir: Səlimə Abdurəhimova
Mənbə:
dim.gov.az
Həmçinin bax:https://tehsilim.org/azerbaycanda-ilk-defe-usaq-huquqlari-hakatonu-kecirilib/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir